Bu ərazidə su olmayacaq - XƏBƏRDARLIQ

Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq. 

Bu barədə Stopnarkotik.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 16-ı səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.