"Bu planlar ona görə baş tutmadı ki..." - Şoyqu ilk dəfə "Vaqner"in üsyanından danışdı

İyunun 23-25-də "Vaqner" və onun rəhbəri Yevgeni Priqojinin üsyan cəhdi zamanı baş verən hadisələr Ukraynadakı xüsusi əməliyyatlara təsir etməyib. 

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu konfransda deyib .

“Bu planlar ilk növbədə ona görə baş tutmadı ki, Silahlı Qüvvələrin şəxsi heyəti anda və hərbi borcuna sadiqlik nümayiş etdirdi. Təxribat qoşun qruplaşmalarının hərəkətlərinə təsir etməyib”, - o deyib.

Nazir hərbi əməliyyatlar zamanı Rusiya qüvvələrinin əldə etdiyi nəticələr barədə məlumat verib. 

"İyunun 4-də Ukrayna əks-hücum əməliyyatına başladıqdan sonra Ukrayna Silahlı Qüvvələri 15 təyyarə, üç helikopter, 900-dən çox zirehli texnika (onlardan 16-sı Leopard) daxil olmaqla, “iki min yarıma yaxın müxtəlif silah-sursat itirib. Bu tip tankların demək olar ki, 100%-i Polşa və Portuqaliya tərəfindən təchiz olunub", - Şoyqu bildirib.