Rusiya Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini öz ərazisindəki fəaliyyət adlandırıb.
Stopnarkotik.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, burada söhbət de-yure Bakının öz ərazisindəki fəaliyyətlərindən gedir: “Bu səbəbdən də, Ermənistan tərəfinin Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ittihamları tamamilə əsassızdır”.