Bruklin narkobaronun məhkəməsinə hazırlaşır

ABŞ-ın Bruklin şəhərində avqustun 25-də narkobaron El Mayo Zambadanın məhkəməsi keçiriləcək. Məhkəmədə narkobaronla Amerika hüquq-mühafizə orqanları arasında razılaşmanın mövcudluğu təsdiqlənəcək.

El Mayo edam cəzasından artıq xilas olub, lakin bunun müqabilində o və Sinaloa narkokartelinin digər quldurları qarşısında Venesuela prezidenti Nikolas Maduroya qarşı ifadə vermək şərti qoyulub.

Meksika prezidenti artıq ABŞ-ın terrorçu elan edilmiş şəxslərlə danışıqlar aparmasını tənqid edib. Həmçinin Meksika ona öz vətəndaşının məhkəməsində lazımi səviyyədə iştirak etməsinə icazə verilmədiyi üçün istintaqın bütün gedişatını şübhə altına alıb.

Amma məsələnin ən canalıcı həssas nöqtəsi Meksika rəsmilərinin El Mayo Zambadanın nələr danışacağından narahatçılığıdır. Çünki dəfələrlə ən yüksək tribunalardan Meksika hakimiyyətində təmsil olunan rəsmilərin narkokartellərlə yaxın əlaqəsi olduğu səsləndirilirb. Görünür, Meksika elə buna görə narahatdır.  

Stopnarkotik.az