Britaniya qeyri-qanuni miqrantları Ermənistana göndərməyi planlaşdırır – “The Times”

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkədəki qeyri-qanuni miqrantların Ermənistana göndərilməsi üçün danışıqlar aparır.

Bu barədə Böyük Britaniyanın “The Times” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

İddialara görə, bu istiqamətdə Ermənistanla danışıqlar ötən ildən başlayıb. Bu kontekstdə Paşinyan hökumətinin Ruanda müqaviləsində mühacirlərə müəyyən təminatlar verən maddələrin araşdırılmasıyla bağlı göstəriş verib.

Qeyd olunur ki, B. Britaniya bu yolla ölkələrinə qayıda bilməyən mühacirlərdən qurtulmağı hədəfləyir.