Britaniya kəşfiyyatı Rusiyaya tədarük edilən İran dronlarının böyük tranzit dəhlizini aşkarladı - FOTO

Son aylarda Rusiya təktərəfli təsir gücünə malik pilotsuz uçuş aparatlarının (OWA-PUA) uzunmüddətli və böyük həcmdə tədarükünü təmin etməyə çalışır.

İran isə bu silahları Rusiyaya verməklə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmaqda davam edir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Təqdim olunan qısa məlumatda qeyd edilib ki, Rusiya İran PUA-larının hava yolu ilə kiçik həcmdə tədarükündən daha böyük həcmdə partiyalara keçid edib. Bu isə Xəzər dənizindən keçən İran gəmiləri vasitəsilə həyata keçirilir.

Britaniya kəşfiyyatının məlumatına görə, bu Şimal-Cənub beynəlxalq tranzit dəhlizi işğaldan sonra daha çox əhəmiyyət kəsb edib. Belə ki, bu dəhliz Rusiyaya Asiya bazarlarına, o cümlədən silah tədarükünə çıxış imkanı verir və Rusiya ümid edir ki, bu yolla beynəlxalq sanksiyalardan daha az yayına biləcək.

“Rusiya, həmçinin, demək olar ki, İranın köməyi ilə PUA-ların yerli istehsalına başlamaq üzərində çalışır. Rusiya çox güman ki, PUA-lara sərmayə qoyur, çünki onlar Ukraynada öz qanadlı raket ehtiyatlarının böyük hissəsini itirən Rusiyaya nisbətən ucuz uzunmənzilli zərbə imkanları verir”, - deyə Britaniya Müdafiə Nazirliyindən vurğulanıb./oxu.az