BRİCS-in narkotik əleyhinə alt-qurumlarının görüşü başlayıb

Hindistanın Quvahati şəhərində BRICS-in narkotik əleyhinə qurumlarının görüşü başlayıb.

Üzv ölkələrin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Quvahatidə BRICS narkotik əleyhinə qurumlarının rəhbərlərinin iki günlük görüşü üçün toplaşan üzv ölkələrin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Braziliya Xarici İşlər Nazirliyinin nümayəndəsi Lukas Barbosa Hindistanın tədbirə ev sahibliyi etmək qərarını yüksək qiymətləndirib.

"BRICS Narkotiklərlə Mübarizə İşçi Qrupunun uzun bir əməkdaşlıq tarixi var və biz hüquq-mühafizə orqanları və kəşfiyyat mübadiləsi sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik. Narkotik qaçaqmalçılığı bütün üzv ölkələrin əlaqələndirilmiş fəaliyyətini tələb edən transmilli bir təhlükədir", deyə o, iclasın kənarında jurnalistlərə bildirib. 

Stopnarkotik.az