Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Gülayə Paşayeva təqsirləndirilən şəxslər - Ruhlan İsmayılov və İbrahim İbrahimovun qaldığı evin sahibi olduğunu deyib:
“Burda olanlardan sadəcə, İbrahimi tanıyıram. Ruhlanla İbrahim mənim evimdə kirayədə qalıblar. Pis uşaqlar kimi tanımamışam. Evə təmiz baxırdılar. Son 1 ay evə getmədim. Evə çox adam gəlib-getmirdi. Hadisə günü polislər evə gəldi. Onda hadisənin olduğunu bildim. Dedilər Ruhlan ölüb, İbrahim evdədir. Qapını döydük açmadı. Pəncərəni qırıb girdilər içəri”. Şahid kimi tanınan Rüfət Salayev də ifadə verib: “Özüm tokaram. Mənə dedilər ki, motosikletin motoru xarab olub, ona dəmir lazımdır. Hadisədən xəbərim olmayıb. Məni aldadıb silaha dəmir düzəltdiriblər”.
Təqsirləndirilən Azər Məmmədovun atası məhkəmədə ifadə vermək istəməyib. Onun istintaqa verdiyi ifadə səsləndirilib. “Azər Qəbələdən Bakıya işləməyə gəlib. Fəhlə kimi işləyirdi. Ruhi əsəb xəstəsi kimi qeydiyyatdadır. Sonra qardaşı əsgərlikdən gəldikdən sonra ikisi birlikdə motosiklet düzəltmə sexi açdılar. Azər bir müddət sonra özünə BMW X5 markalı maşın aldı. Onunla rayona gəlmişdi. Azərin dostları barədə məlumatım olmayıb, onları tanımamışam. Məlum hadisə barəsində televizordan öyrənmişəm”. Şahid qismində ifadə verən Rüfət Əliyev dərman şirkətində sürücü işlədiyini bildirib: “Sürdüyüm maşının motoru xarab olmuşdu. Aparıb ustaya verdim. Haradasa fevral ayı idi. Maşın ustada olanda motoru söküb, özünü də dayanacağa qoyublar. Maşın dayanacaqda olanda onun nömrələri oğurlanıb. Ezamiyyətdə olanda şirkətdən zəng edib məni çağırdılar. Sonra polis idarəsinə getdik”.
Şahid ifadələrinin verilməsi növbəti prosesdə də davam etdiriləcək.
Növbəti məhkəmə prosesi aprelin 3-nə təyin olunub.
İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.