Türkiyədə 40 yaşlı qadını əri yatdığı yerdə öldürüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Adana şəhərində gecə saat 1 radələrində Yüreğir rayonunun Kışla məhəlləsində qeydə alınıb. Məlumata görə, 40 yaşlı Hatice Mine Kocamaz əri H.K.-dan boşanmaq qərarı verib.
Boşanmağa qarşı çıxan H.K. bütün cəhdlərinə baxmayaraq həyat yoldaşını qərarından döndərə bilməyib.
Bundan sonra o, Hatice Mine Kocamaz yuxuda olarkən üzünü yastıqla örtərək başına tapançadan atəş açıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
H.K. isə cinayətdən sonra evdən qaçıb.
Aparılan texniki və operativ tədbirlər nəticəsində H.K. cinayətdən təxminən 30 dəqiqə sonra saxlanılıb və ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.