​BMT rəsmisi: ​​​​​Gənclər narkoticarətdə əsas narahatlıq doğuran məsələ olaraq qalır

Gənclər narkotik ticarətində əsas narahatlıq doğuran məsələ olaraq qalır. Bu fikir BMT hesabatında yer alır.   

"Yeniyetməlik dövrü beynin hələ də inkişaf etdiyi kritik bir dövrdür", deyə BMT-nin narkotik hesabatının aparıcı tədqiqatçısı Xloye Karpentier bildirib. Karpenter deyir ki, "yeniyetməlik dövründə narkotik istifadəsi idrak funksiyasına və davranışına uzunmüddətli təsir göstərəcək".

Qlobal narkotik dövriyyəsində əsas məsələlərdən biri münaqişə zonalarında yaşayan insanlardır. Yəni münaqişə böhranı daha da ağırlaşdırır. Münaqişələr və humanitar fövqəladə hallar səbəbindən didərgin düşmüş insanlar artan risklə üzləşirlər.

Hesabata görə, qaçqınlar və məcburi köçkünlər narkotik istifadəsi pozğunluqlarına daha çox həssasdırlar və tez-tez müalicəyə çıxışda çətinlik çəkirlər, çünki humanitar proqramlarda qida, sığınacaq və digər təcili ehtiyaclara prioritet verilir.

Münaqişə və narkotik ticarəti bir-birini gücləndirir, qeyri-sabitliyin qanunsuz bazarları alovlandırdığı və narkotik ticarətindən əldə edilən mənfəətin zorakılığı maliyyələşdirməyə daha da kömək etdiyi pis dövr yaradır.

Xanım Karrpenter vurğulayıb ki, narkotik bazarları getdikcə daha çox mürəkkəbləşdikcə və bir-biri ilə bağlantılı hala gəldikcə, beynəlxalq əməkdaşlıq olmadan heç nəyə nail ola bilmərik".

Stopnarkotik.az