BMT-nin narkotiklər üzrə 2023-cü il hesabatı: ASİYA ilə AFRİKADA KOKAİN XABLARI YARANMAQDADIR

Bu günlərdə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin 2023-cü il üçün hesabatı açıqlanıb.

Stopnarkotik.az xəbər verir ki, hesabatda Ukraynadakı münaqişənin narkotik ticarəti marşrutlarına təsiri, heroin və kokain marşrutlarının dəyişməsinə səbəb olduğu, lakin eyni zamanda, yeni təhlükə yaranmasına - sintetik narkotiklərin istehsalı və ticarətinin artmasına gətirdiyi vurğulanır. Eləcə də digər maraqlı məqamlar qeyd olunur. Məsələn, vurğulanır ki, narkotiklərdən gələn zərərin mühüm hissəsi ən zərərsiz çətənənin payına düşür. Eyni zamanda, liberal medianın səhifələrində müsbət çalarlarda təqdim olunan kannabinoid müalicəsinin yalnız çox məhdud sayda xəstəliklər üçün uyğun olduğu ortaya çıxır.

Kokainin ən fəal şəkildə artan istehsalı və paylanması göstəriciləri açıqlanır. Belə ki, Asiya və Afrikada böyük narkoqovşaqlar yaranmağa başlayıb. Eyni zamanda qeyd olunur ki, Cənubi Amerikada narkotik madd müsadirəsi çoxalıb. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, bu narkotik müsadirəsi dövlət büdcəsində pul yuyulması kimi üçün də istifadə oluna bilər.

Həmçinin, məlum olur ki, alıcılar getdikcə daha tez-tez sifariş etdiklərindən tamamilə fərqli preparatlar alırlar, hansı ki, çoxunun tərkibində yeni psixoaktiv maddələrin qarışıqları var və ya tədarük tamamilə belə qarışıqdan ibarətdir, lakin kokain adlanır. Yəni kokain kimi satılan maddə də tamamən kokain olmur, daha çox kokainin imitasiyası – saxta mal olur. Bu cür “innovasiyalar”ın nəticələri isə ölümcüldür. Belə hallara xüsusilə Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində tez-tez rast gəlinir.

Stopnarkotik.az