“Bir gün gördüm ki, “Mercedes”im beşiklə əvəzlənib, yanımdakı da yoldaşım deyil, qaraçı qızıdır, küçələrdə dəmir axtarırıq…” – MÜSAHİBƏ

Narkotik asılılığından xilas olmağa çalışan Nurlan: “Atamdan o qədər oğurluq etdim ki, axırda evi satdı, mən yeni evin yerini bilmədim”

“O qədər özümü öldürmək istəmişəm ki...”

““Mercedes”lə narkotik almağa gələn şəxsə demək istədim ki, bir gün mənim günümə düşəcəksən, amma qorxdum ki, deyər, get zibilini eşlə...”

1993-cü il təvəllüdlü Nurlan Bakı şəhərində anadan olub. 16 yaşından narkotik qəbul etməyə başlayıb.

Hazırda 30 yaşı olan Nurlan artıq 5 aydır ki, “Azad Həyat” reablitasiya mərkəzində narkotik asılılığından xilas olmağa çalışır.

O, Stopnarkotik.az saytının əməkdaşı ilə söhbətində son 14 illik həyatından bəhs edib.

Buyurun, izləyin və kanalımızı bəyənməyi, verilişimizi paylaşmağı unutmayın.