Biləsuvarda qaçırılan 20 yaşlı qız damarlarını kəsdi

Biləsuvarda məcburi qaçırılan qız intihara cəhd edib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 20 yaşlı qız damarlarını kəsərək özünü öldürmək istəyib. O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. 

Əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.