Mayın 29-da Yasamal rayonunun Mətbuat prospektində bir nəfərin qol nahiyəsinə bıçaqla xəsarət yetirilməklə 30 manatının talanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fərid Kərimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı raşdırma aparılır.