BEYNƏLXALQ CİNAYƏT ŞƏBƏKƏSİ "ÇÖKDÜRÜLDÜ" - Külli miqdarda vəsait ələ keçirildi

“Europol” qitələrarası cinayət şəbəkəsinin çökərdildiyini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, “Europol” və “İnterpol”un koordinasiyalı şəkildə icra etdiyi əməliyyatda 25-i Kuba vətəndaşı olmaqla 62 nəfər saxlanılıb. Cinayət şəbəkəsinin 5000-ə yaxın Kuba vətəndaşını Aİ-yə gətirdiyi və təxminən 45 milyon avro qazandığı güman edilir.

Polis əməliyyat zamanı yüzlərlə saxta sənəd müxtəlif cinayət motivləri ələ keçirib. Ümumilikdə 18 daşınmaz əmlak, 33 nəqliyyat vasitəsi və 144 bank hesabı, habelə müxtəlif valyutalarda külli miqdarda nağd pul müsadirə edilib.