Beş ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı

Samux rayonunda 5 ay əvvəl itkin düşən balıqçının meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, Samux rayonunun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevin meyiti Kür çayının rayon ərazisindən keçən hissəsində aşkar edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov Kür çayında balıq tutarkən itkin düşmüşdülər. Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.