Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin gün ərzində üçüncü, ümumilikdə isə altıncı kolonu Belarusa gəlib.
Bu barədə “Belarusski Qayun” monitorinq qrupu məlumat verib.
Məlumata görə, kolon axşam saatlarında P43-M5 avtomobil yolu ilə hərəkət edib. Kolonun tərkibində pikaplar və qoşqusu olan üstüörtülü “Ural” hərbi yük maşınları görüntülənib. Kolonu Belarus Dövlət Yol Müfəttişliyi müşayiət edib.
Kolonda təxminən 100-120 maşın olub. Muzdlular Sell kəndindəki düşərgəyə doğru irəliləyiblər.
Bildirilir ki, “Vaqner” rəhbəri Yevgeni Priqojinin biznes-jeti Belarusda təxminən 13 saat qaldıqdan sonra yerli vaxtla saat 00:15-də “Maçulişi” aerodromunu tərk edib.
Mənbə: UNİAN