Bank kartından oğurluq edən 2 nəfər saxlanıldı

Bakıda bank kartından pul oğurlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polius İdarəsinin 41-ci Polis Bölməsinə bir nəfərin bank kartından hesabındakı 600 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Naftalan şəhər sakini Elçin Ələkbərov və Laçın rayon sakini Araz Əliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.