Bu gün saat 10:00-dan Bakı şəhərinin Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Bu barədə Stopnarkotik.az SOCAR "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə Müslüm Maqomayev, Firdovsi küçələrinin, Xəzər rayonu üzrə isə Bolluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.