Bakıda zavod qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, sentyabrın 16-dan 21-dək olan müddətdə Ələt qəsəbəsi ərazisində yerləşən zavoddan 2400 manat dəyərində darvaza və dəmir oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş F.Abbasov, X.Həsənov, S.Bayramov və S.Dadaşzadə saxlanılıblar.