Bakıda vətəndaşın 25 min manatı oğurlandı - BİR NƏFƏR SAXLANILDI

Yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.