Bakıda velosiped və moped oğurlandı

Bakıda evlərdən birinin girişindən velosiped oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyi məlumat verilib.

Bildirilib ki, iyulun 30-da Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlanması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elmin Qasımzadə müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 25-də A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Araşdırmalar aparılır.