Bakıətrafında vəhşi heyvanların sayı artıb. Zibilliklərin toplandığı yerlər artdıqca vəhşi heyvanların, xüsusilə də tülkülərin, çakkalların və digər heyvanların qidalanma yeri həmin ərazilərə yönəlir. Bir vaxtlar Bakıda zibilliklərə quşlar daha çox üz tuturdu. Xüsusilə göyərçinlər zibilliklər toplanan yerlərə üz tuturdular.
Stopnarkotik.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Heyvanların mühafizəsi cəmiyyətinin sədri Elşad Əsgərov deyib.
Onun sözlərinə görə, vəhşi heyvanları insanlar yaşayan ərazilərə cəlb edən zibilliklərdir.
Buna görə də vətəndaşlar bu tip vəhşi heyvanlardan qorunmaq üçün müxtəlif üsullara əl atırlar. Xüsusən nəzərə alsaq ki, bu tip vəhşi heyvanların çoxalma vaxtı yaz aylarıdır. Yay mövsümündə isə həmin kiçik balalar insanlar yaşayan ərazilərə, həyət və bağ evlərinə üz tuturlar. Buna görə də insanlar şikayət edir, aidiyyatı qurumlara müraciətlər ünvanlayırlar. Təssüfki aidiyyəti qurumların da o qədər geniş resursu yoxdur ki, həmin heyvanları bir-bir tutub digər ərazilərə köçürsün", - deyə o, əlavə edib.
E.Əsgərov qeyd edib ki, vəhşi heyvanlarla rastlaşan zaman vətəndaşlar xüsusilə diqqətli olmalıdırlar.
"Onlar müxtəlif xəstəliklərin mənbəyi ola bilərlər. Ona görə də vətəndaşlarımızı diqqətli olmalıdırlar.
Əgər bu yırtıcların sayı daha da artarsa, aidiyyatı qurumların monitorinqlərindən sonra beynəlxalq praktikaya əslanan mübarizə üsullarından da istifadə oluna bilər", - deyə E.Əsgərov əlavə edib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə vəhşi heyvanların, xüsusilə də tülkülərin həyət və bağ evlərində tez-tez görünməsi və insanların fərdi təsərrüfatlarına ziyan vurması ilə bağlı görüntülər paylaşılır.