Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Bakı şəhər sakini V.Süleymanovun 150 manat pulunu və mobil telefonu oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Süleymanovun 150 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Rzayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.