Bakıda küçədə azyaşlı körpə tapılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda bildirilib ki, 1940-cı il təvəllüdlü baba və təxmin 2 yaşı olan uşaq gecə saatlarında Nərimanov parkında aşkar edilib. Məlumata görə, uşağın anası narkotik istifadəçisidir.
Bildirilib ki, Kürdəmir rayon sakini olan baba məktəblərin birində direktor vəzifəsində çalışıb./lent.az