Bakıda sələmçini öldürən şəxsə hökm oxundu - AĞIR CƏZA

Bakıda sələmçini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Stopnarkotik.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elçin Vəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. İttihama görə, Elçin Vəliyev sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanı 23 bıçaq zərbəsi ilə qətlə yetirib. Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.