Bakıda yük maşını dayanacaqda dayanan avtobusa çırpılıb.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bakı metrosunun “Xocəsən” stansiyasının qarşısında avtobus dayanacağında yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, 99-XV-381 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü iddia edir ki, dayanacaqda dayandığı vaxt “Mercedes-Benz Atego” markalı yük maşını sükanı arxasına əyləşdiyi nəqliyyat vasitəsini vurub.
Sərnişinlər arasında xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a “Xocəsən” stansiyası yaxınlığında dayanacaqda qeydə alınan qəzanın təfərrüatı barədə məlumat verən “Bus Trans” MMC-nin sahibi Qalib Salahov məlumat verib.
Onun sözlərinə görə, 155 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü dayanacaqda olarkən yük maşını nəqliyyat vasitəsini arxadan vurub:
“Hadisə zamanı heç kim xəsarət almayıb. Sərnişin avtobusuna maddi ziyan dəyib”.
Qəza yerindən görüntüləri təqdim edirik: