İyulun 15-də Yasamal rayonunun B.Səfəroğlu küçəsində 2 nəfərin Sumqayıt şəhər sakini K.Həsənovu kəsici alətlə hədələyərək 110 manat pulunu talamaları barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Emin Zamanov və 1988-ci il təvəllüdlü Süleyman Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.