Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 3-də rayon ərazisində bir nəfərin 380 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 20 yaşlı M.Qubatov, 21 yaşlı V.İbrahimov və iki yeniyetmə saxlanılmışdı.
Stopnarkotik.az xəbər verir ki, davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvləri, əvvəllər məhkum olunmuş 18 yaşlı F.Vəliyev və 21 yaşlı Ə.Həsənzadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Oktyabrın 3-də gecə saatlarında Nəsimi rayonu ərazisində bir nəfərin 380 manat pulunun quldurluq yolu ilə talanması barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı M.Qubatov, 21 yaşlı V.İbrahimov və iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Stopnarkotik.az