Bakıda qadını rüsvayedici görüntülərlə şantaj etdilər - 8 min manatını aldılar

Bakıda şantajla üzləşdiyini bildirən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt sakini olan 1974-cü il təvəllüdlü G.H. polisə müraciətində bildirib ki, Hikmət adlı şəxs onu ailə üzvlərinin rüsvayedici görüntüləri ilə hədələyib. Şikayətçi həmin şəxsin ondan bu ilin aprelində hədə-qorxu yolu ilə 8 min manat aldığını deyib.

Hikmət adlı şəxsin görüntüləri yaymamaq müqabilində yenidən 2500 manat pul tələb etdiyini bildirən qadın polisdən kömək istəyib.

Müraciətlə bağlı Qaradağ RPİ-də araşdırma aparılır.