Bakıda paylayıcı qurğudan avtomat açarlar oğurlandı

Xətai rayonunun Y. Əliyev küçəsində yerləşən elektrik enerjisi paylayıcı qurğudan 18 ədəd avtomat açarın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Fuad Həsənov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Camalov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.