Meyiti öz həyətində tapıldı

Bakıda 32 yaşlı şəxs qəfil vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

İyulun 27-si saat 14 radələrində 1994-cü il təvəllüdlü Elvin Taqarovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.

Onun ölüm səbəbinin müəyyən edilməsi məqsədilə Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Taqarov Buzovnada tikinti materialları mağzasında işləyirmiş.