Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səxavət Məmmədova və Cavidan Şükürzadəyə hökm oxunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hökmə əsasən, S.Məmmədov 11 il, C.Şükürzadə isə 10 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində Səxavət Məmmədov və Cavidan Şükürzadə tutularaq istintaqa təqdim ediliblər.
Onlardan sosial şəbəkələr vasitəsi ilə satış üçün əldə etdikləri 4 kiloqramdan artıq heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub.