Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini O.Ağayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.