COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.
Stopnarkotik.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.
“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - dövlət başçısı bildirib.
***12:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnkişaf etməkdə olan Kiçik Adaların İqlim Dəyişikliyi üzrə Liderlərinin zirvə görüşündə çıxış edib.
Daha sonra söz BMT Baş katibi Antonio Quterreşə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnkişaf etməkdə olan Kiçik Adaların İqlim Dəyişikliyi üzrə Liderlərinin zirvə görüşünə qatılıb.
Dövlət başçısı görüşdə çıxış edir.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İnkişaf etməkdə olan Kiçik Adaların İqlim Dəyişikliyi üzrə Liderlər Zirvəsi keçirilir.
Stopnarkotik.az həmin tədbirdən canlı yayımı təqdim edir: