Bakıda mənzildən oğurluq edən qadın saxlanıldı - BAŞQA CİNAYƏTİ DƏ ÜZƏ ÇIXDI

Bakıda mənzildən 7500 manatlıq oğurluq edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 10-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən S.Quliyeva müəyyən olunaraq saxlanılıb. Onun dələduzluq yolu ilə digər bir qadının 2500 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.