BAKIDA ƏMƏLİYYAT - Sabunçu sakini 10 kq narkotiklə yaxalandı / Foto

"Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir" .

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı aşdırmalar davam etdirilir.

Stopnarkotik.az