Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, 2 ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.