Paytaxt ərazisində keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, onun əlindəki polietilen torbada tərkibi psixotrop maddələrlə zənginləşdirilən 19 kiloqram marixuana aşkarlanıb.
T.Nəsirli narkotik vasitəni İran vətəndaşı “Mahmud” adlı şəxsin vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.