Bakıda iki qardaşı bıçaqlayan şəxsə 17 il həbs cəzası verildi

Bakıda iki qardaşı bıçaqlamaqda ittiham olunan Azər Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Azər Zeynalov quldurluq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs hadisəni quldurluq məqsədilə törədib. O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb.

Yaralı qardaşlar xəstəxanaya yerləşdirilib, onları xilas etmək mümkün olub.

Təqsirləndirilən Azər Zeynalova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.