Bakı şəhəri Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10 min manat dəyərində lotereya bileti oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.