Bakıda həmyerlisinin xəsarət yetirdiyi Çin vətəndaşı xəstəxanada ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 18-i Çin Xalq Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liangın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Çin Xalq Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
***15:19
Bakıda həmyerlisi tərəfindən döyülən çinli xəstəxanada ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Çin vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liang müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, iyulun 14-də Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada Çin Respublikasının vətəndaşları - 1983-cü il il təvəllüdlü Yuan Tiangang 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq ona bədən xəsarəti yetirib.