Bakıda gülIələnən müəllimin vəziyyəti açıqlandı

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Əməliyyat edildikdən sonra müəllim palataya köçürülüb, müalicəsi davam etdirilir.