Bakıda gənc oğlan bıçaqlandı

Bakının Suraxanı rayonunda dava düşüb, bir nəfər ağır xəsarər alıb.

Hadisə Səttar Bəhlulzadə küçəsində baş verib.

1992-ci il təvəllüdlü Kəlbiyev Əhməd Novruz oğlu tanışı ilə mübahisə edib. Mübahisə davaya çevrilib. Dava zamanı o, döş qəfəsindən bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları araşdırır./apa