Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, müxtəlif vaxtlarda rayonun Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlanıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.