Bakıda dələduzluq edən şəxslər saxlanıldı

Nəsimi rayonu ərazisində 2 nəfərin pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxslərdən birini aldadaraq hesabına 2000 ABŞ dolları ödətdirməkdə şübhəli bilinən 32 yaşlı T.Rəhimli, digər şəxsin isə 3800 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlı M.Qarayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.