Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Bəşir Bünyadov küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Range Rover” markalı avtomobillə “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində sürücülərdən biri ağır xəsarət alıb. Bildirilir ki, zərbənin təsirindən onun ayağı topuq hissədən qopub.
Hadisə yerinə təcili tibb yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır./globalinfo.az