Bakıda DƏHŞƏT: 37 yaşlı kişi yanaraq öldü

Paytaxtın Atçılıq yaşayış massivində bədbəxt hadisə baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə fevralın 10-u saat 23 radələrində Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əfsun Xanlarov Əfsun fərdi evdə öz ehtiyatsızlığı nəticəsində aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.