Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində 1987-ci il təvəllüdlü Ramil Mahmudov dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona başın təpə-ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.