Bakıda bədbəxt hadisə: keçmiş məhkum elektrik dirəyinə çıxdı, "tok" vurub öldürdü

Bakıda bədbəxt hadisə baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 

Orada yaşayan, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağarza Rahil oğlu Bağırov elektrik dirəyinə çıxıb. 

Nəticədə onu cərəyan vuraraq öldürüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.